İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı stilist Vlad Lisovetsdə xərçəngin gecikmiş mərhələsi aşkarlanıb – Rusiya mediası

Məşhur stilist Vlad Lisovetsdə onkoloji xəstəlik aşkarlanıb.

Musavat.com xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, o, payızda səhhətində yaranan problemlərə görə həkimlərə müraciət edib və müayinə nəticəsində xəstəliyin gecikmiş mərhələdə olduğu müəyyən edilib.

"Mash" nəşrinin yazdığına görə, Lisovets ilkin müalicə kursu keçib, lakin kimyaterapiya gözlənilən nəticəni verməyib. Məlumata görə, müalicə prosesindən sonra onun saçları tökülməyə başlayıb.

Hazırda stilistin səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR