İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı yanğında 2 nəfər xəsarət alıb - FOTO, VİDEO

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı 2 nəfər bina sakini yüngül xəsarət alıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. 

***

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. 

Musavat.com xəbər verir ki, yanğından ciddi xəsarət alan olmayıb. Dəyən maddi zərər müvafiq qurumlar tərəfindən hesablanır. 

***

Musavat.com-un ərazidə olan əməkdaşı xəbər verir ki, hazırda binadan sakinlərin təxliyəsi həyata keçirilir. Əməkdaşımız bildirib ki, binadan 2 uşaq da çıxarılıb. Onların tüstünün təsirindən halları pisləşib. Ümumilikdə sakinlər arasında tüstüdən zəhərlənənlərin sayının çox olduğu bildirilir. 

Əraziyə 2 yanğınsöndürən maşın və 3 təcili yardım maşını cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

WhatsApp Image 2022-10-01 at 16.57.10.jpeg (52 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR