İnsanlara hürriyət, millətlərə istiqlal!

London Ukraynaya müharibə bitənə qədər dəstək verəcək

Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, London Moskva döyüşləri dayandırana qədər Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiqləri artırmağa davam edəcək.

Musavat.com xaici mediaya istinadla xəbər verir ki, Keir Starmer bu açıqlamanı ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə danışıqlardan sonra açıqlama verib.
O vurğulayıb ki, Böyük Britaniya Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləyəcək. Starmer əlavə edib ki, sanksiyalar artıq “Rusiya iqtisadiyyatına sarsıdıcı zərbə” vurub və gücləndiriləcək.

Baş nazir çıxışında ABŞ prezidentinin də rolunu qeyd edib. Onun sözlərinə görə, “Trampın səyləri bizi Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsinə son qoymağa həmişəkindən daha da yaxınlaşdırıb”. Starmer deyib ki, Trampın “öldürməyə son qoymağa çalışması” təqdirəlayiqdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR