İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı ali məktəblər rayonlara köçürülür?

Şəhər mərkəzindəki universitetlərin kənara köçürülməsi təklif edilir. Paytaxtda sıxlığın əsas səbəblərindən biri də mərkəzdə yerləşən ali təhsil müəssisələrinin çoxluğu göstərilir. Buna görə də universitetlərin Bakıdan kənar rayon və qəsəbələrə köçürülməsi tez-tez gündəmə gətirilir.

Hazırda ölkədə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Onların 35-i paytaxtın payına düşür. Hətta elə ərazilər var ki, 4-5 universitet bir-birinin yaxınlığında yerləşir.

Buna misal olaraq metronun "Elmlər Akademiyası" stansiyasını göstərmək olar.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov deyir ki, bu sahədə yeni infrastrukturun yaradılmasına ehtiyac var. Məsələn, Gəncə, Sumqayıt, Şəki və digər iri şəhərlərdə yeni ali təhsil müəssisələri yaratmaq olar. Bu variant həmin bölgələrin inkişafına da təsir edə bilər.

Millət vəkili hesab edir ki, yalnız kompleks tədbirlər görməklə paytaxtda yerləşən bəzi ali təhsil müəssisələrini Bakıdan kənara - rayonlara köçürmək olar.

Millət vəkili əlavə edib ki, rayonlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində infrastrukturu yaxşılaşdırmaqla həmin ali məktəblərə daha çox tələbə də cəlb etmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR