İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda zəncirvari qəza - "Volkswagen" evə girdi - FOTO

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, qəza Süleyman Əhmədov küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən "Volkswagen" markalı minik avtomobilinin sürücüsü maşını əvvəlcə dayanmış vəziyyətdə olan "Kia"ya, daha sonra fərdi yaşayış evinin darvazasına çırpıb. "Kia" markalı minik maşını isə zərbənin təsirindən "Toyota Prius" markalı avtomobilə çırpılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR