İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yol qəzasında sürücünün beli sınıb

Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Türkan qəsəbəsində 1976-cı il təvəllüdlü Əliyev Natiq Məcid oğluna məxsus avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı N. Əliyevə bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR