İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yeni park salınacaq - BU ƏRAZİDƏ

Bakı şəhərində daha bir park salınacaq.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, yeni park Nərimanov rayonunun Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq.

Artıq BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.

Yeni parkın salınmasına nə qədər vəsaitin sərf olunacağı hələlik açıqlanmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR