İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb, 5 nəfər təxliyə edilib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzildə qeydə alınan yanğın FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

11.19

Bakıda yaşayış binası yanır.

"Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Nazirlikdən isə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR