Onlayn ictimai-siyasi qəzet
Bakıda uşaq evində intihara cəhd olub.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb.
Orada qalan, 16 yaşlı qız M.A. (ad şərtidir) qollarını doğrayıb.
Uşaq evinin rəhbərliyi dərhal yeniyetməyə ilkin tibbi yardım göstərib, sonra həkim çağırıb və bu barədə polisi məlumatlandırıb.
Təcili yardım briqadası və polis uşaq evinə gələndə yeniyetmə qız oradan qaçıb.
Hazırda onun tapılması istiqamətində axtarışlar davam etdirilir.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ