Onlayn ictimai-siyasi qəzet
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Musavat.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır:
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ