İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tıxaca düşənlər hansı nazirlər olub?

Son 10 gündə Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində yaşanan tıxac problemi ilə bağlı iki dəfə işçi müşavirənin keçirilməsinin səbəbləri barədə qeyri-rəsmi informasiya yayılıb.

Modern.az xəbər verir ki, yayılan informasiyaya görə, Əli Əsədovun oktyabrın 3 və 14 tarixlərində tıxac probleminə dair müşavirə keçirməsinin səbəblərindən biri də bəzi nazirlərin bu problemlə üzləşməsidir.

Bildirilir ki, nazirlər də xidməti maşınları ilə bir neçə dəfə tıxaca düşüblər, hətta bu səbəbdən iclaslara gecikənlər barədə məlumatlar da var.

Sadə vətəndaşlarla bərabər tıxac problemi yaşayan nazirlərin kimlər olduğuna gəlincə, qeyri-rəsmi məlumatlarda bu gizli saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR