İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda taksilərə qarşı böyük reyd: "Bəlkə də sənədim var, bilmirəm" - VİDEO

Bakının müxtəlif ərazilərində qanunsuz parklanma və taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir.

Musavat.com xəbər verir ki, polis əməkdaşları nöqsan aşkar etdikləri avtomobillərlə bağlı tədbirlər görürlər.

Paytaxtda keçirilən reydlərə Bakı Dövlət Yol Polis İdarəsi ilə yanaşı Bakı şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları cəlb olunub.

Monitorinqlərin keçirilməsində məqsəd taksi fəaliyyətinin qanunauyğun formada tənzimlənməsidir.

Reyd zamanı AZTV-nin müxbirinin sualına cavab verən sürücü Ramazan Məmmədov əvvəlcə sənədlərinin tam qaydasında olduğunu deyib. Ardınca isə fərqlənmə nişanının olub-olmadığını bilmədiyini söyləyib.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR