Onlayn ictimai-siyasi qəzet
Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 26-na təyin edilib.
İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək qətl edilib.
İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ