Bakıda 2019-cu il təvəllüdlü A.R adlı uşaq baxçanı özbaşına tərk edərək küçəyə çıxıb.
Bu barədə BAKU.WS-ə 4 yaşlı uşağın yaxınları məlumat verib.
Belə ki, Səbail rayonu 339 saylı uşaq baxçasıda 07.08.2023 tarixində bağça rəhbərliyi və əməkdaşlarının səhlənkarlığı ucbatından uşaq bağçanı saat 16:15 radələrində özbaşına tərk edərək nəzarətsiz halda küçəyə çıxıb.
Bundan 15 dəqiqə sonra azyaşlının anası uşağı bağçadan götürməyə gedərkən onu Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən marketin yanında ağlayan və nəzarətsiz halda maşın yolunda qaçarkən təsadüfən aşkarlayıb.
İddiaya əsasən, bütün bu müddət ərzində bağça rəhbərliyi və nəzarətçilərin bundan xəbəri olmayıb.
Azyaşlının qeyd olunan saatlarında küçədə nəzarətsiz halda gəzməsini əks etdirən görüntülər ətrafdakı təhlükəsizlik kamerasına düşüb.
ŞƏRHLƏRŞƏRH YAZ