İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səs yazısı yayılan məktəb direktoruna şiddətli töhmət verilib

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib

Qeyd edilib ki, hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR