İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərxoş kişi dənizə düşdü - FOTO


Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, 55-60 yaşlarında olan kişinin sərxoş olduğu bildirilir.

İlkin ehtimala görə, sərxoş halda olan şəxs müvazinətini itirdiyindən dənizə yıxılıb.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR