İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərnişin avtobuslarından istifadə edənlərə XƏBƏRDARLIQ - Bundan sonra…

Bakıda avtobuslarda sərnişinlərin cibinə girməkdə şübhəli bilinən şəxs saxlanıb.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, sıxlıqda qadına yaxınlaşır və çantasından içində pul və sənədləri olan portmanatını götürür. Əlindəki sellofan poketin altına salaraq avtobusdan düşür.

“Kadrlar avtobusda olan müşahidə kamerasına düşüb.”

Sərnişin qadın polisə məlumat verib ki, Nizami rayonu ərazisində marşrut avtobusunda çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını naməlum şəraitdə oğurlanıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları bu işdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyevi saxlayıb.

Polisdən verilən məlumata görə, onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2 min manatdan çox pul, sənəd və bank kartı olan portmanatının oğurlaması da müəyyən olunub.

Faktla bağlı Zöhrab Kəlfəliyev barəsində cinayət işi başlanıb, istintaq gedir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR