İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səkkiz yaşlı uşağın İNTİHAR SƏBƏBİ məlum oldu

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəblinin intihar etməsinin səbəbi bəlli olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R. yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, səkkiz yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N.-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və səkkiz yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR