İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Rumıniyanın müstəqillik günü qeyd olundu - Fotolar


Bakıda Rumıniya Respublikasının Müstəqillik Günü və  Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunub.

Musavat.com bildirir ki, tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, rəsmilər, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmaqdan məmnunluq duyduqlarını deyib:

"Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırması ilə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın vicdanlı dostu, tərəfdaşı və dəstəkçisi olmuş və olmaqda davam edir. 2022-ci ilin əvvəlindən biz Azərbaycan Respublikası ilə siyasi-diplomatik dialoqun gücləndirilməsi və sektorlararası əməkdaşlığın gücləndirilməsi üzərində fəal çalışırıq ki, bu da artıq öz nəticəsini verməkdədir. 2022-ci ilin iyununda Birgə Hökumətlərarası İqtisadi Komissiyanın işi bərpa edilib. Energetika sahəsində Rumıniya və Azərbaycan Şərqi və Mərkəzi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə təsir göstərən, qarşılıqlı maraq doğuran Xəzər dənizinin Azərbaycan sahillərindəki alternativ mənbələrdən təbii qaz və elektrik enerjisinin nəqli kimi birgə böyük layihələr həyata keçirməyi təklif edirlər. Nəqliyyat və bağlantı sahəsində ölkələrimiz Bakı və Konstansa limanları vasitəsilə ideal coğrafi kəsişmə nöqtələri olan Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin konsolidasiyasında maraqlıdır".

Nazir Sahil Babayev isə bildirib ki,  dövlət başçılarının təşəbbüsləri sayəsində ölkələr arasında münasibətlər ən yüksək səviyyədə davam edir:

"Bu gün iqtisadi, ticari əlaqələrimiz geniş səpkidə inkişaf edir. Bu ilin 10 ayı ərzində Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,3 dəfə artıb. Azərbaycanın Rumıniyaya qoyduğu investisiyanın həcmi 100 milyon dolları keçib. Hər iki ölkənin şirkətləri bir-birlərinin ərazisində aktiv fəaliyyət göstərir. Bundan başqa təhsil, sosial, mədəni sahədə də geniş əlaqələrimiz var".

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR