Onlayn ictimai-siyasi qəzet
Bakıda yol-nəqliyyat hadisəsi törədən sürücü qaçmağa çalışıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, qəza törədən “Mercedes S-Class” markalı avtomobilin sürücüsü YPX-nin “Saxla” əmrinə tabe olmayaraq, nəqliyyat vasitəsini ilə parkinqə girib və orada 15 dövrə vurub.
Daha sonra polislər onu saxlayıblar.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli oxu.az-a bildirib ki, yol polisi əməkdaşlarının “Saxla” əmrinə tabe olmayan sürücü barəsində inzibati qaydada qanumamüvafiq tədbirlər həyata keçirilib./BAKU.WS
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ