İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Nizami rayon Prokurorluğundan Musavat.com-a verilən məlumata görə, dekabrın 2-si saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. H.Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR