İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qazılan səkidə dəlik yarandı, oturacaq qoydular-FOTO  

 Yanvarın 8-də saytımızda paytaxtın Xətai rayonu ərazisində yararsız vəziyyətə salınmış səki ilə bağlı yazı dərc etmişdik. 

"Azəristiliktəchizat" ASC Musavat.com-un sorğusuna cavabda bildirmişdi ki, ərazidə qəzalı vəziyyət qeydə alınıb. Yazı dərc olunduqdan sonra qazılmış yerin üzərini torpaqla örtdülər. Ekspertlər bildirirlər ki,  hər hansı qurum təmir işlərini bitirdikdən sonra ərazini ilkin vəziyyətə qaytarmalıdır.

Təmir işləri bitdikdən sonra iki həftəyə yaxın zaman keçsə də, səki nəinki ilkin vəziyyətinə qaytarılmayıb, hətta üstü örtülmüş yerdə yenidən dəlik yarandığı üçün oturacaq qoyulub.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Musavat.com-un sorğusuna cavab olaraq bildirdi ki, qurumun 1000 kilometrdən artıq istilik xətləri var, onlara mütəmadi xidmət göstərilir: “Qüsurların olması istisna deyil. Ərazi təcili bərpa olunacaq”,- deyə qurumun sözçüsü qeyd edib.   

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR