İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Prius”un sürücüsü qadını vuraraq öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb.

APA xəbər verir ki, 1993-cü il təvəllüdlü Niftəliyev Həbib Vidadi oğlu idarə etdiyi “Toyota Pirius” markalı avtomobil ilə Yasamal rayonu, Nazim Hikmət küçəsi istiqamətində hərəkətdə olarkən şəxsiyyəti məlum olmayan qadını vurub.

Nəticədə sonuncu aldığı ağır dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR