Onlayn ictimai-siyasi qəzet
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli, 25 ünvanında şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində piyada səkisinin parklanma yeri üçün qanunsuz olaraq zəbt edilməsi faktı aşkarlanıb.
Musavat.com xəbər verir ki, Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə razılaşdırılmadan salınan parklanma faktının qarşısı alınıb, görülən işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.
Habelə ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına məlumat verilib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ