İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mərkəzində avtoxuliqanlıq edən sürücü ilə bağlı QƏRAR - VİDEO

Bakıda sürücü avtoxuliqanlıq edərək qəza şəraiti yaradıb.

Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, hadisə 19 iyun gecə saat 01:03 radələrində baş verib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, faktla bağlı araşdırma aparılıb və həmin sürücünün kimliyi müəyyənləşdirilib:

“Nəsimi rayonu ərazisində ictimai qaydanı və əhalinin dincliyini kobud şəkildə pozmaqla yanaşı, yol hərəkəti qaydalarını heçə sayaraq avtoxuliqanlıq edən “Tofaş” markalı, 10-RV-709 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Fərid Mirzəməmmədov müəyyən edilib. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Toplanan sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Fərid Mirzəməmmədov İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 AZN məbləğində inzibati cərimə edilib”.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR