İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda külək güclənib, bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Avqustun 8-i saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qaxda 21 mm, Gədəbəydə 12 mm, Şəkidə 9 mm, Daşkəsən, Göygöldə 6 mm, Tərtər, Gəncə, Ağdam, Şəmkir, Qrız, Şahdağ, Bərdə, Goranboy, Naftalanda 2 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Tərtərdə 20 m/s-dək güclənib.

Neft daşları stansıyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR