İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda itkin düşən ana və övladı tapıldı

İktin düşən daha bir neçə şəxs iyunun 3-də tapılıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 2-də Nərimanov rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 14-də Qəbələ rayonunun Daşça kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 30 yaşlı kişi, mayın 28-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qadın və övladı, iyunun 1-də Balakən rayonunun Mahamalar kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 29 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR