İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə 20-ci sahə kimi tanınan ərazidə baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Həbiyev Kamran Zaur oğlu rayonların birindən Bakıya gələrək Azər adlı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb.

O, ürək, ciyər və çiynindən bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin olduqca ağır olduğunu bildirir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR