İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Gecə klubunda yaralananlardan biri də vəfat edib

Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

“Repor” xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan Ayxan Feyzulladə adlı şəxs ölüb.

O, gecə klubunda ofisiant işləyirmiş.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR