İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli qəza:Tələbə qız öldü

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Qeyd edək ki, Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR