Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Bakı şəhər Bayıl qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.
Su İdman Sarayının qarşısındakı dairədə - Əhəd Yaqubov küçəsi ilə və Salyan şosesinin kəsişməsində 10 KP 100 dövlət qeydiyyat nişanlı “Toyota Camry” ilə “Toyota” markalı digər avtomobil toqquşub.
Nəticədə 5 nəfər ağır xəsarət alıb. Ayaqları qırılaraq sıxılmış vəziyyətdə maşında qalan qadını FHN-in xilasediciləri maşından çıxarılıblar.
Qeyd edək ki, hadisənin baş verdiyi yerdə tez-tez qəzalar olur. Bildirilir ki, bu ərazidə hərəkətin təşkilində dəyişiklik edilməsinə ehtiyac var. (Qafqazinfo)
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ