İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu yolda EHTİYATLI OLUN - VİDEO

Bakıda piyadaların ən çox vurulduğu ərazilərdən birində keçidlərdə lift işləmir.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, Cəmşid Naxçıvanski adına hərbi liseydən Hövsan qəsəbəsinin girişinə qədər 3 yerüstü keçid inşa edilib. Keçidlər liftlə təmin olunsa da, istifadə etmək mümkün deyil.

Sakinlər deyir ki, xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər, uşaq arabası ilə yolu keçmək istəyənlər məcbur qalıb yolun hərəkət hissəsinə keçməli olurlar. Bu da qəza hallarını artırır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, problem yaxın vaxtda həll ediləcək.

Sakinlər ümid edir ki, onları narahat edən lift problemi qısa vaxt ərzində öz həllini tapacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR