Onlayn ictimai-siyasi qəzet
Bakının Nəsimi rayonunda yeni park salınacaq.
Musavat.com bildirir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan 12 ha ərazidə salınacaq.
BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.
Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ