Onlayn ictimai-siyasi qəzet
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi olub.
APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “Nissan” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını avtosalonun ərazisində olan avtomobillərə çırpıb. Nəticədə yol təsərrüfatına və 3 yeni “Fiat” markalı avtomobilə zərər dəyib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ