İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ali məktəb müəllimi Mxitaryanı niyə sevir?

Bakıda müxtəlif universitetlərdə fəlsəfə fənni üzrə dərs deyən müəllimin futbol məşğələsi zamanı meydana İtaliyanın “Roma” klubunun erməni əsilli futbolçusu Mxitaryanın adı yazılmış futbolka ilə çıxdığı məlum olub.

Musavat.com Haqqın.az-a istinadən xəbər verir ki, "Qərbi Kaspi" Azərbaycan, Turizm və Menecment Universiteti kimi təhsil ocaqlarında dərs deyən Ağalar Qəribov bu addımını kosmopolit olması ilə əlaqələndirib.

“Filosof” erməniləri düşmən hesab etmədiyini, daha bir erməni futbolçu, “Krasnodar”da oynayan Spertsyanın da futbol köynəyini qoruduğunu bildirib.

Onun sözlərinə görə, bu köynəkləri ona Rusiyada hədiyyə ediblər.

Qeyd edək ki, formasını geyindiyi erməni futbolçu Mxitaryan Azərbaycanın ərazi bütövlüyünü tanımır, erməni separatçılarına açıq dəstək verir. O, vaxtilə Şuşada villa da tikdirmişdi.

"Qərbi Kaspi" universitetindən bildirilir ki, adı çəkilən müəllim "Qərbi Kaspi" Universitetində müəllim deyil: "Qəribov iki il əvvəl analoji əməllərinə, yəni arzuolunmaz ideologiyaların təbliğinə görə universitetdən qovulub.

Üstəlik, universitet onunla bağlı aidiyyatı orqanlara da müraciət edib”, - "Qərbi Kaspi" Universitetinin mətbuat xidmətindən bildirilib.

 

Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR