Onlayn ictimai-siyasi qəzet
Aprelin 16-da Bakıda güclü külək nəticəsində Nəsimi rayonu ərazisində ağac aşıb.
Musavat.com Ajans.az-a istinadən xəbər verir ki, hadisə zamanı ağac yol kənarında park edilmiş “Prado” markalı minik avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, son günlər paytaxtda küləkli hava şəraiti hökm sürür. Mütəxəssislər və rəsmi qurumlar belə havalarda açıq ərazilərdə ehtiyatlı olmağı tövsiyə edirlər.
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ