İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 18,4 ton yararsız qənnadı məmulatları məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18,4 ton yararsız qənnadı məmulatlarını məhv edib.

Bu barədə Musavat.com-a AQTA-dan məlumat verilib.

“N.A.N.T” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18440 kq qənnadı məmulatları “Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR