İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Tovuzda heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb

Bakı və Tovuzda 5 heyvan kəsimi və ət satışı məntəqəsi nöqsanlar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və Tovuz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR