İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakininin 8 min manatı əlindən alınıb

Bakı sakininə qarşı soyğunçuluq edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində Bakı şəhər sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR