İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinini aldadıb adına kredit götürdülər

Bakıda dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit götürülməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Sabir Hüseynov, Fazil Qəşəmov və Elnur Qaragözov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR