İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Qazax yolunda sürücü avtobusu nə üçün arxa-arxaya sürüb? - SƏBƏB, VİDEO

Bakı-Qazax-Gürcüstan magistral yolunda avtobus arxa-arxaya hərəkət edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.

İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, video nasazlıq yaranmış avtobusun təxliyəsi zamanı çəkilib:

"Baş DYP İdarəsindən bildirildi ki, 14.07.2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan avtomobil yolunda hərəkət edən “Daewoo” markalı, 99-LT-928 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda nasazlıq yaranıb və bu səbəbdən də onun evakuasiyası təmin edilib. Sosial şəbəkələrdə yayılan görüntü də avtobusun evakuasiya edilməsi zamanı qeydə alınıb".

Sözügedən videonu təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR