İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı mühüm tədbirə evsahibliyi edir - FOTOLAR

Bakıda (“Fairmont Baku” mexmanxanası) Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans öz işinə başlayıb.

İki gün ərzində davam edəcək iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclis üzvləri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, ATƏT PA-nın prezidenti Marqareta Sederfelt, ATƏT PA-nın baş katibi Roberto Montella, Litva parlamentinin spikerinin müavini Hörmətli cənab Yonas Yarutis iştirak edir. Monteneqro parlament sədri Danijela Durovic, diplomatlar və digər rəsmi şəxslər iştirak edir.

Moderator Milli Məclisin sədri S.Qafarovaya və digər şəxslərə təşəkkür etdikdən sonra bildirdi ki, sabah onlar Zəngilan rayonunu ziyarət etmək fürsəti əldə edəcəklər və geri döndükdən sonra tədbiri davam etdirəcəklər.

İclasda 27 ölkənin parlamentarları iştirak edir.

Qeyd edək ki, tədbir canlı rejimdə ATƏT PA platformalarında yayımlanır.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR