İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda sərnişin vəfat edib

Səhər saat təxminən 06:30-da yaşlı bir kişi "Əhmədli" metrostansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib.

Bu barədə Musavat.com-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, qeyd edib ki, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov, ürək tutmasından vəfat edib.

Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR