İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda nasazlıq yarandı: Gecikmələr var

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər - Həzi Aslanov" xətti ilə hərəkət edən qatarında nasazlıq qeydə alınıb.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, nasazlıq qatar "Gənclik" stansiyasında olarkən yaranıb. Buna görə də qatar depoya verilib və xəttə yeni qatar buraxılıb.

"İntervalı çıxmaq şərti ilə bu, ümumilikdə 7,5 dəqiqə yubanmaya səbəb olub. Hazırda isə intervalla bağlı problem demək olar ki, həll edilib. Müəyyən problemlər "Memar Əcəmi" - "Dərnəgül" xəttində mövcuddur. Onu da həll edirik", - metro rəsmisi qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR