Onlayn ictimai-siyasi qəzet
“Bakı Metropoliteni” QSC sosial mediada yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.
Musavat.com QSC-yə istinadən məlumat verir ki, vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan "Həzi Aslanov" stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.
Qeyd edilib ki, lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır.
Sərnişinlərdən xahiş edilir ki, bu kimi hallarla rastlaşdıqda vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ