İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Dövlət  “DZİVA” sirk şousunun nümayişinə start verib

Bakı Dövlət Sirki martın 1-dən etibarən “DZİVA” sirk şousunun nümayişinə start verib.

Musavat.com bildirir ki,  Bakı Dövlət Sirkinin direktor əvəzedicisi Nahid Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, proqram ilk olaraq valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunub.

Şounun təşkilatçısı isə Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur.

Proqramda Monte-Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”in (Dü Sale) səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər.

Şounu Parisdə keçirilən sirk festivalında bürünc medal qazanan janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları - Oleq fon Suvorov və Andrey Jiqalovun məşhur duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılovun şir və pələnglərinin unikal çıxışları bənzərsiz edir

Bundan başqa, uçuş gimnastlarının kollektiv qeyri adi-fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də şouya xüsusi maraq qatır.

Proqramda Bakı Dövlət Sirkinin artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsi də xüsusi maraqla qarşılanır.

Qeyd edək ki, yeni yaz aprel ayının 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR