İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Apellyasiya Məhkəməsinin 5 əməkdaşı hakim təyin edildi -FOTO

Bakı Apellyasiya Məhkəməsinin 5 əməkdaşı müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifəsinə təyin edilib.

E-huquq.az-ın məlumatına görə, məhkəmənin sədri və məhkəmə aparatının rəhbərliyi həmin hakimlərlə görüşüb.

Sədr M.Əkbərov yeni təyin olunmuş hakimləri təbrik edərək cənab Prezidentin birbaşa rəhbərliyi ilə bütün sahələr üzrə olduğu kimi məhkəmə-hüquq sistemində də islahatların davam etdirildiyini, bu məqsədlə dövlət başçısı tərəfindən imzalanmış 03.04.2019-cu il tarixli Fərmanın tələblərinə uyğun olaraq işin müasir çağırışlara uyğun yeni mərhələdə aparıldığını qeyd edib. Fərmanın icrası çərçivəsində məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyini, cəza siyasətinin humanistləşdirildiyini, institusional, təşkilati və digər tədbirlərin görüldüyünü, hakimlərin fəaliyyətinin yeni qaydalara uyğun qiymətləndirilməsinin tətbiq edildiyini bildirib.

Daha sonra, M.Əkbərov məhkəmənin kollektivi və öz adından yeni təyin olunmuş hakimləri təbrik edərək onların hakimlik fəaliyyətləri müddətində ədalət mühakiməsinin səmərəliliyinin yüksəlməsinə layiqli töhvə verilməsi üçün hakim andına sadiq qalacaqlarına, hakimlik səlahiyyətlərini həyata keçirərkən bu çətin və şərəfli işin öhdəsindən layiqincə və vicdanla gələcəklərinə, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına inandığını bildirib.

Həmçinin, məhkəmə aparatının rəhbərliyi də yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yekunda yeni təyin olunmuş hakimlərə məhkəmənin adından xüsusi hazırlanmış təbrik plaketləri təqdim edilib, xatirə fotoşəkilləri çəkdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2023-ci il tarixli sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR