İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) cümə günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib.

Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir.

Məlumata görə, yanvarın 3-19-26-da və fevralın 2-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 14-21-28-də və fevralın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün "ADY Mobile" tətbiqini yükləmək və yaxud www.ady.az saytına keçid etmək lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR