İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakalçuk qətldə ittiham olunur - daha 3 maddəyə görə onu 20 il həbs cəzası gözləyir

“Wildberries”in sahibi Tatyana Bakalçukun keçmiş əri Vladislav Bakalçuk qətldə ittiham edilib və saxlanılıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, V.Bakalçuk dörd cinayət maddəsi ilə ittiham olunub. Onu qətldə, iki və ya daha çox şəxsi öldürməyə cəhddə, hüquq mühafizə orqanı əməkdaşının həyatına qəsddə və özbaşınalıqda ittiham edirlər. Bu maddələrlə Bakalçuku 20 ilə qədər həbs gözləyir.

Xatırladaq ki, dünən “Romanov Dvor” biznes mərkəzində yerləşən “Wildberries” ofisində baş verən atışma nəticəsində iki nəfər həlak olub. Bakalçuk müəssisənin mühafizə əməkdaşlarının atəş açdığını iddia edib.

Tatyana Bakalçuk isə ərinin öz mühafizəçiləri ilə birlikdə “Wildberries”ə gələrək biznes strukturuna “çökmək” (reyder - zorla ələ keçirmə) cəhdi etdiyini söyləyib.

Dünən tərəflər arasında atışma olub və nəticədə iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR