İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahar Muradova rəhbərlik etdiyi komitənin illik məruzəsini Milli Məclisə təqdim etdi

Milli Məclisin plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənildi. Hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim etdi.

 “Tərəfimizdən hazırlanmış Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üzrə 2023-2025-ci Milli Fəaliyyət Planının qəbul edilməsi bu sahədə çox mühüm addım olacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib

 Komitə sədri bildirib ki, qanunvericilikdə gender ekspertizasının aparılması qaydası müəyyən edilməlidir: “Bu zəruri qaydanı müəyyən etməliyik. Bu baxımdan Dövlət Komitəsi tərəfindən bir sıra yeni təkliflər hazırlanıb”.

Bahar Muradova nəzərə çatdırıb ki, 2021-ci ildə respublikada qadınlara qarşı zorakılıqla müşayiət edilən 2197 cinayət qeydə alınıb: “Ötən il verilən mühafizə orderlərinin sayı da artıb, 10 600 qısqanclıq zəminində cinayətin qarşısı alınıb. Təsəvvür edin, bunun qarşısı alınmasaydı, bu qədər cinayət qeydə alına bilərdi”

 Milli Məclisin iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məruzə ilə çıxış etdi. Bildirdi ki, gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2021-ci ildə görülən işlərdən danışmazdan əvvəl ötən ilin xalqımızın tarixinə Vətən müharibəsindən sonra hər tərəfli bərpa və quruculuq işlərinə start verilməsi mərhələsi kimi daxil olduğunu qeyd etmək lazımdır: “Quruculuq işləri - Zəfərin davamıdır. Prezident İlham Əliyevin dediyi kimi, “yenidənqurma prosesində ölkəmizin hədəfi - keyfiyyət və sürəti birləşdirməkdir”. Bu baxımdan Böyük Qayıdışa dair DövlətProqramı” çərçivəsində həyata keçiriləcək genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına şərait yaradacaq. Geri qayıdan əhaliyə dəstək və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün Laçın İcma Resurs Mərkəzinin, Füzuli və Zəngilanda ailə mərkəzlərinin yaradılması planı ərazilərəqayıdacaq soydaşlarımız, habelə hədəf şəxslərin müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsinə xidmət edəcək”.

 B.Muradova qeyd etdi ki, 2021-ci ildə Dövlət Komitəsi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşviq edilən və ən çox dəstəklənən təkliflərdən biri - atalar üçün ödənişsiz məzuniyyət hüququnun müəyyən edilməsi oluB: “Digər bir məsələ qadın əməyinin tətbiqi qadağan edilən iş yerlərinin siyahısına yenidən baxmaq və bununla əlaqədar normaların beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı olub. Təklifin nəticəsi olaraq 5 noyabr 2022-ci il tarixli Qanunla Əmək Məcəlləsinə müvafiq dəyişikliklər qəbul olundu. Belə ki, əmək şəraiti zərərli və ağır olan iş yerlərində bütün qadınların deyil, yalnız hamilə və bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan edildi. Bununla yanaşı, Dövlət Komitəsi “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tətbiqi ilə bağlı formalaşmış təcrübədən irəli gələrək zərər çəkmiş şəxslərin müdafiəsi sahəsindəki movcud boşluqların aradan qaldırılması məqsədi ilə qanunvericiliyə 5 istiqamətdə dəyişiklik və əlavələr edilməsinə dair təkliflər paketi hazırlayıb”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR